5 dekabr 2025. Cümə

Real'ın El Klasiko üçün heyəti


Real'ın El Klasiko üçün heyəti

"Real” İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış “Barselona” ilə matç üçün iştirak ərizəsini açıqlayıb.

Corner.az klubun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, Marselo, Lukas Vaskes, Xames Rodriqes, Eden Hazard və Marko Asensio zədə səbəbindən sabahkı oyunun heyətinə daxil ediməyib:

Qapıçılar: Tibo Kurtua, Alfons Areola, Dieqo Altube
 
Müdafiəçilər: Dani Karvaxal, Eder Militao, Serxio Ramos, Rafael Varan, Naço, Ferlan Mendi
 
Yarımmüdafiəçilər:
 Toni Kroos, Luka Modriç, Kazemiro, Federiko Valverde, İsko
 
Hücumçular: Kərim Benzema, Qaret Beyl, Luka Yoviç, Vinisius Junior, Rodriqo.

Xatırladaq ki, sabah keçiriləcək “Barselona” – “Real” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







İspaniya L.L.