5 oktyabr 2026. Bazar ertəsi

Məşqi icazəsiz tərk etdi - Barselona'da qalmaqal


Məşqi icazəsiz tərk etdi - Barselona'da qalmaqal

"Barselona"nın futbolçusu Arturo Vidal komandanın məşqini icazəsiz tərk edib.

Corner.az  ESPN-ə istinadən xəbər verir ki, hadisə dünən baş verib. Komandanın baş məşqçisi Ernesto Valverde çilili yarımmüdafiəçinin La Liqanın 10-ci turundan təxirə salınmış "Real"la matçda start heyətdə oynamayacağını bildirib. Bu qərara əsəbiləşən Vidalı komanda yoldaşları sakitləşdirməyə çalışıb. Amma buna məhəl qoymayan 32 yaşlı oyunçu məşqi vaxtından əvvəl tərk edib.

Qeyd edək ki, "Barselona" - "Real" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.(qol)







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”