15 avqust 2026. Şənbə

Millimizin üzvünə iki oyunluq cəza


Millimizin üzvünə iki oyunluq cəza

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Albasete"də çıxış edən millimizin futbolçusu Eddi İsrafilovu 2 oyunluq cəzalandırıb.

Corner.az-ın İspaniya mətbuatına istinadən xəbərinə görə, buna onun İspaniya Sequndasının 20-ci turunda “Rayo Valyekano” ilə görüşün 45+4-cü dəqiqəsində  birbaşa qırmızı vərəqə alması səbəb olub. O, rəqib futbolçunu başla vurduğu üçün meydandan qovulub.

Qeyd edək ki, “Rayo Valyekano” - “Albasete” görüşü qonaqların futbolçusu Roman Zozulyanın azarkeşlərin təhqirlərinə məruz qalması səbəbindən yarımçıq dayandırılıb







İspaniya L.L.

“Atletiko” “Marsel”ə qalib gəldi
  • İspaniya L.L.
  • 23:24 14.08.2026
“Atletiko” “Marsel”ə qalib gəldi