15 avqust 2026. Şənbə

Real Ramosu itirdi


Real Ramosu itirdi

İspaniya La Liqasının 18-ci turunda "Atletik"lə qarşılaşan "Real"  futbolçusunu itirib.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, kapitan Serxio Ramos cəzalı duruma düşüb.

Qarşılaşmanın 87-ci dəqiqəsində sarı vərəqə alan ispaniyalı futbolçu bu sayı 5-ə çatdırıb və limiti doldurub. Bu səbəbdən 33 yaşlı müdafiəçi 19-cu turda "Xetafe" ilə matçı buraxacaq.

Qeyd edək ki, Ramos "Real"ın heyətində keçirdiyi 628 oyunda 207 sarı, 7 qırmızı vərəqə alıb







İspaniya L.L.

“Atletiko” “Marsel”ə qalib gəldi
  • İspaniya L.L.
  • 23:24 14.08.2026
“Atletiko” “Marsel”ə qalib gəldi