- İspaniya L.L.
- 22:56 22.11.2024
"Barselona"nın futbolçusu Arturo Vidalın bonus üçün müraciəti rədd edilib.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, qərar İspaniya Futbol Federasiyası və La Liqanın komissiyasının araşdırmasından sonra verilib.
32 yaşlı yarımmüdafiəçi sözləşməsindəki detallara görə Kataloniya klubundan 2 milyon 400 min avro tələb etmişdi. Müqaviləyə görə futbolçu ötən mövsüm matçların 60 faizində 45 dəqiqə meydanda olsaydı, 2 milyon avroya yaxın mükafat alacaqdı. Ancaq Vidal bu qarşılaşmaların yarısında oynayıb. Buna görə də "Barselona" futbolçuya heç bir borcunun olmadığını bildirib. Lakin oyunçunun vəkilləri klub rəhbərliyindən ödənişinin 50 faizinin verilməsini tələb edirdilər.
Qalan məbləğ isə Vidalın Çempionlar Liqasında 1/8 və 1/4 finallarda meydanda olmasına görə tələb edilirdi.
Qeyd edək ki, A.Vidal ötən ildən "Barselona"da oynayır.(qol)