21 aprel 2026. Çərşənbə axşamı

Messidən məğlubiyyət şərhi - Ayıbdır


Messidən məğlubiyyət şərhi - Ayıbdır
“Əla çıxış etdik. 80 dəqiqə oyuna nəzarət edən tərəf olduq. Ancaq nəticəni matçın əvvəlində həll etməli idik”.

Corner.az xəbər verir ki, bu sözləri “Barselona”nın kapitanı Lionel Messi İspaniya superkubokunun yarımfinalında “Atletiko”ya uduzduqları oyundan (2:3) sonra deyib.

Argentinalı hücumçu “Mundo Deportivo”ya açıqlamasında hesabda irəli olduqları halda uduzmağın çox üzücü olduğunu bildirib: “Belə uduzmaq ayıbdır. Çox üzücü məğlubiyyətdir. Döyüşmək və finala çıxmaq istədik. Ancaq uşaq səhvlərindən iki qol buraxdıq.

Uduzanda tənqid edilmək normaldır. İrəli getmək üçün kifayət qədər gücü olan komandayıq”.

Xatırladaq ki, “Barselona” oyunun gedişanında 2:1 öndə olsa da, “Atletiko” 81 və 86-cı dəqiqədə vurduğu qollarla qələbə qazanaraq finala yüksəlib.





İspaniya L.L.

“Futbol həmişə ədalətli olmur”
  • İspaniya L.L.
  • 23:58 17.04.2026
“Futbol həmişə ədalətli olmur”
Rüdiger “Real Madrid”də qalır
  • İspaniya L.L.
  • 23:38 17.04.2026
Rüdiger “Real Madrid”də qalır
"Neymar mənim uşaqlıq kumirimdir"
  • İspaniya L.L.
  • 23:01 13.04.2026
"Neymar mənim uşaqlıq kumirimdir"