İspaniya La Liqasında 20-ci turun oyunlarına yekun vurulub.
Corner.az xəbər verir ki, sonuncu oyun günündə beş görüş keçirilib.
Baş məşqçi postuna Kike Setyeni gətirən “Barselona” öz meydanında “Qranada”nı qəbul edib və minimal hesabla qələbə qazanıb.
“Valensiya” səfərdə “Malyorka”ya böyük hesabla məğlub olub.
“Vilyarreal” isə “Espanyol”la ev oyununda xal itirib. “Real Sosyedad” da “Betis”ə uduzub.
İspaniya La Liqası
20-ci tur
17 yanvar
Leqanes – Xetafe 0:3
Qol: Kabrera, 12. Nyom, 21. Mata, 33.
18 yanvar
Levante – Alaves 0:1
Qol: Vidal, 64.
Real – Sevilya 2:1
Qol: Kazemiro, 57; 69 – De Yonq, 64.
Osasuna – Valyadolid 0:0
Eybar – Atletiko 2:0
Qol: Burqos, 10. Espozito, 90.
19 yanvar
Malyorka – Valensiya 4:1
Qol: Railyo, 7. Budimir, 22; 41. D.Rodriqes, 79 – Torres, 82.
Betis – Real Sosyedad 3:0
Qol: B.İqlesias, 27. Xoakin, 44. Kanales, 90+5.
Vilyarreal – Espanyol 1:2
Qol: S.Kasorla, 62-pen – D.Lopes, 5. De Tomas, 47.
Atletik – Selta 1:1
Qol: R.Qarsiya, 76-pen – Rafinya, 56.
Barselona – Qranada 1:0
Qol: Messi, 76.