18 avqust 2026. Çərşənbə axşamı

Atletiko'da ciddi itki


Atletiko'da ciddi itki

"Atletiko"nun futbolçusu Alvaro Morata sıradan çıxıb.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, La Liqanın 22-ci turunda "Real"la matçda (0:1) ayaq əzələsindən zədələnib.

İspan hücumçunun ölkə çempionatının növbəti turunda "Qranada" (8 fevral) ilə matçı buraxacağı dəqiqləşib. Moratanın  La Liqada "Valensiya" (15 fevral), Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la  (18 fevral) ilk görüşdə iştirakı isə şübhə altındadır.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib