11 may 2026. Bazar ertəsi

Atletiko'da ciddi itki


Atletiko'da ciddi itki

"Atletiko”nun futbolçusu Kiran Trippyer əməliyyat olunub.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, qarın nahiyəsində ağrılar olan 29 yaşlı müdafiəçi bu gün əməliyyat edilib. Onun 3 həftə meydanlardan uzaq qalacağı qeyd olunub. Bu isə o deməkdir ki, Trippyer Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a keçiriləcək ilk görüşdə komandasında kömək edə bilməyəcək.

Qeyd edək ki, "Liverpul"la oyun fevralın 18-də olacaq.







İspaniya L.L.