30 yanvar 2026. Cümə

Barselona'dan getmək barədə düşünməmişəm - Messi


Barselona'dan getmək barədə düşünməmişəm - Messi

"Barselona"nun futbolçusu Lionel Messi Kataloniya təmsilçisindən ayrılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.

Corner.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu komandasını tərk etmək fikrində olmadığını bildirib.

33 yaşlı futbolçu deyib ki, klub rəhbərliyi və azarkeşlər onu komandada görmək istədiyi müddətcə "Barselona"dan getməyəcək: "Bu komandada qalmaq mənim ideyamdır. Daha bir dəfə Çempionlar Liqasını qazanmaq, bir neçə dəfə La Liqanın qalibi olmaq istəyirəm. Hər zaman uğura nail olmağa çalışıram.Bir çox klub mənə görə təzminat məbləğini ödəməyə hazır olub. Amma "Barselona"dan getmək barədə heç vaxt düşünməmişəm".

Qeyd edək ki, Messi 2004-cü ildən "Barselona"da çıxış edir.(report)







İspaniya L.L.

“Real Madrid”in yay planı
  • İspaniya L.L.
  • 20:01 28.01.2026
“Real Madrid”in yay planı