29 iyun 2026. Bazar ertəsi

Real uduzdu, Barselona liderliyə yüksəldi


Real uduzdu, Barselona liderliyə yüksəldi
İspaniya La Liqasında 25-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, şənbə günü dörd qarşılaşma baş tutub.
 
Lider “Real” bu turda səfərdə “Levante”nin qonağı olub və minimal hesabla məğlub olub. 
 
“Barselona” isə öz meydanında “Eybar”la qarşılaşıb. Messinin pokerə imza atdığı oyunda darmadağınla qalib gələn Kataloniya təmsilçisi, “Real”ın xal itkisindən maksimum yararlanaraq liderliyə yüksəlib.
 
İspaniya La Liqası
25-ci tur
21 fevral
 
Betis – Malyorka 3:3
Qol: Kanales, 19-pen. N.Fekir, 35-pen. Xoakin, 48 – X.Ernandes, 16. Budimir, 27. Kubo, 70.
 
22 fevral
 
Selta – Leqanes 1:0
Qol: Aspas, 62.
 
Barselona – Eybar 5:0
Qol: Messi, 14; 37; 40; 87. Artur, 89.
 
Real Sosyedad – Valensiya 3:0
Qol: Merino, 12. Monreal, 45+1. Yanuzay, 48.
 
Levante – Real 1:0
Qol: Morales, 79.






İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"