11 may 2026. Bazar ertəsi

O da El Klasiko'nu buraxacaq


O da El Klasiko'nu buraxacaq
“Real” İspaniya La Liqasının 26-cı turunda “Barselona” ilə oyuna itkilərlə çıxacaq.

Corner.az xəbər verir ki, zədəli Eden Hazardın ardından Rodrigonun da bu görüşdə komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.

Braziliyalı yarımmüdafiəçi “Real”ın ikinci komandası olan “Kastilya”nın heyətində 3-cü liqada “San Sebastian Reyes”lə matçda qırmızı vərəqə alıb. La Liqanın reqlamentinə əsasən Rodriqo növbəti matçda olmayacaq.

Qeyd edək ki, “Real” – “Barselona” oyunu martın 1-də keçiriləcək.





İspaniya L.L.

 “Vilyarreal”dan xal itkisi
  • İspaniya L.L.
  • 20:42 10.05.2026
“Vilyarreal”dan xal itkisi