5 dekabr 2025. Cümə

El Klasiko'nun qalibi - Real


El Klasiko'nun qalibi - Real
İspaniya La Liqasında 26-cı turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma keçirilib.
 
Bu turda “Sevilya” öz meydanında “Osasuna”yla, “Atletiko” isə “Espanyol”la qarşılaşıb. “Sevilya” turu qələbə ilə bitirib, “Atletiko” isə xal itkisi ilə başa vurub.
 
Turun mərkəzi görüşü Madriddə baş tutub. Lider “Barselona” səfərdə  “Real”ın qonağı olub. İki qolun qeydə alındığı “el klasiko” meydan sahiblərinin çətin qələbəsiylə başa çatıb.

 
İspaniya La Liqası
26-cı tur
28 fevral
 
Real Sosyedad – Valyadolid 1:0
Qol: Yanuzay, 60.
 
29 fevral
 
Eybar – Levante 3:0
Qol: Çarles, 27; 48. Orelyana, 84.
 
Valensiya – Betis 2:1
Qol: Qameyro, 60. Parexo, 89 – Loren, 90+3.
 
Leqanes – Alaves 1:1
Qol: Karrilyo, 59 – L.Peres, 47.
 
Qranada – Selta 0:0
 
1 mart
 
Sevilya – Osasuna 3:2
Qol: En Nesiri, 13; 90+3. Okampos, 45+1 – Aridane, 64. Torres, 74-pen.
 
Atletik – Vilyarreal 1:0
Qol: R.Qarsiya, 56-pen.
 
Espanyol – Atletiko 1:1
Qol: Saviç, 24-öz qapısına – Saul, 47.
 
Malyorka – Xetafe 0:1
Qol: Maksimoviç, 67.
 
Real – Barselona 2:0
Qol: Vinisius, 71. Mariano, 90+2.






İspaniya L.L.