23 oktyabr 2024. Çərşənbə

Zidandan qələbə şərhi


Zidandan qələbə şərhi

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandasının "Barselona" üzərində 2:0 hesabı ilə başa çatmış görüşünü şərh edib.

Corner.az-ın məlumatına görə, fransalı mütəxəssis ilk hissənin "Real" üçün çətin keçdiyini bildirib.

“El-Klasikoda qələbədən sonra həmişə çox gözəl hisslər olur. Birinci hissə "Real" üçün ağır idi, bu oyun üçün tam təbii”, - deyə o qeyd edib.

Zidan əlavə edib ki, komanda ikinci hissədə çox yaxşı təsir bağışlayıb. “Bu cür komandalarla məhz belə oynamaq lazımdır – pressinq etmək çox yaxşıdır. Əgər "Barselona"ya oynamağa imkan versən, topun arxasınca qaçacaqsan və bu həqiqətən pisdir".

O, matçın əsas qəhrəmanları haqqında da fikirlərini bildirib: “Vinisius əhəmiyyətli rəqibin qapısına bu zəruri qolu vurmağa layiq idi. Mən Marianoya görə şadam, onunçün çətin idi, çünki az oynayıb”.

Qeyd edək ki, "Real" bu qələbədən sonra 56 xal toplayaraq yarış cədvəlində birinci yerə yüksəlib. "Barselona" (55 xal) 2-ci yerdə qərarlaşıb.







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı