11 may 2026. Bazar ertəsi

Benzema beşinci oldu


Benzema beşinci oldu

"Real" La Liqanın 27-ci turunda səfərdə "Betis"ə 1:2 hesabı ilə məğlub olub.

Corner.az xəbər verir ki, Madrid klubunun yeganə qolunu vuran Benzema klubun tarixinə keçib.  

Belə ki, fransalı hücumçu komandada  241-ci qolunu vurub. Bu göstərici ilə Benzema "Real" tarixinin ən məhsuldar 5-ci futbolçusu olub. O, “Kral klubu”nun əfsanəvi futbolçusu Puşkaşla eyni pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıda dördüncü Santilyanadır (289). Klub tarixinin ən məhsuldar futbolçusu isə 450 qolla Kriştiano Ronaldodur.







İspaniya L.L.

 “Vilyarreal”dan xal itkisi
  • İspaniya L.L.
  • 20:42 10.05.2026
“Vilyarreal”dan xal itkisi