23 oktyabr 2024. Çərşənbə

Valensiya'nın 35 faizi koronavirusa yoluxdu


Valensiya'nın 35 faizi koronavirusa yoluxdu

 "Valensiya" klubda koronavirusa yoluxanların sayının artdığını açıqlayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "yarasalar"da virusa yoluxma halı 35 faizə çatıb. Bildirilib ki, texniki heyət və bəzi oyunçuların testləri müsbət nəticə verib. Lakin onların adları açıqlanmayıb.

"Valensiya" Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda İtaliyada "Atalanta"ya 1:4 hesabı ilə uduzduqları görüşü xatırladıb: "Həmin matçdan sonra bölgənin yüksək riskli olduğu açıqlandı. Klub daxilində koronavirusa yoluxmanın bu səbəbdən olduğunu düşünürük".

Qeyd edək ki, daha öncə "Valensiya"da Esekyel Qaray, Elyakim Manqala və Xose Qayya, habelə, məşqçi Pako Kamarasa və həkim Xuan Alyaqanın da bu xəstəliyə yoluxduğu bəlli olub. Komanda ÇL-in 1/8 final mərhələsinin cavab görüşündə rəqibinə 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. (report)







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı