5 oktyabr 2026. Bazar ertəsi

Real'ın sabiq prezidenti koronavirusdan öldü


Real'ın sabiq prezidenti koronavirusdan öldü

"Real"ın koronavirusa yoluxan sabiq prezidenti Lorenzo Sanz vəfat edib.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, bir həftədir koronavirus simptomları ilə xəstəxanaya yerləşdirilən 76 yaşlı keçmiş futbol funksioneri bir qədər əvvəl ölüb.


Qeyd edək ki, L.Sanz 1995-2000-ci illərdə Madrid klubunun prezidenti olub. Klub onun rəhbərliyi ilə 2 dəfə UEFA Çempionlar Liqası, 1 dəfə FİFA Klublararası Dünya Çempionluğu, 1 dəfə La Liga çempionluğu və 1 dəfə İspaniya Superkubokunu qazanıb.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”