22 aprel 2026. Çərşənbə

Barselona'nın futbolçuları maaşlarının azaldılmasına qarşı çıxdılar


Barselona'nın futbolçuları maaşlarının azaldılmasına qarşı çıxdılar

"Barselona" klubunun futbolçularının bir hissəsi koronavirusa görə maaşlarının 70 faiz azaldılmasına etiraz edib.

Corner.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Məlumatda bildirilir ki, Kataloniya təmsilçisi koronavirus pandemiyasına görə maliyyə itkilərini hesablayıb və futbolçulara əmək haqlarının 70% azaldılması ilə razılaşmağı təklif edib. Oyunçuların bir hissəsi bununla razılaşsada, bəzi futbolçular buna qarşı çıxıblar.

Bildirilir ki, "Barselona" bir müddət bu tədbiri İspaniyadakı karantinə daxil etmək istəyir. Bəzi məlumatlara görə, maaşların 70% azaldılması futbolçuların bir neçə həftə ərzində illik əmək haqlarının 5-10%, başqa məlumata görə isə, 20%-ə qədər itirməsinə səbəb olacaq.

Qeyd edək ki, koronavirus qurbanlarının sayı 18 min nəfərdən çoxdur. Dünyada yeni virusa yoluxanların sayı 414 179 nəfərdir.







İspaniya L.L.

“Real”a inqilab lazım deyil”
  • İspaniya L.L.
  • 23:48 21.04.2026
“Real”a inqilab lazım deyil”
“Ulduz olmaq böyük məsuliyyətdir”
  • İspaniya L.L.
  • 23:42 21.04.2026
“Ulduz olmaq böyük məsuliyyətdir”
 “Valensiya” xal itirdi
  • İspaniya L.L.
  • 23:28 21.04.2026
“Valensiya” xal itirdi
 “Atletik”ə bir qol bəs etdi
  • İspaniya L.L.
  • 23:26 21.04.2026
“Atletik”ə bir qol bəs etdi