29 iyun 2026. Bazar ertəsi

Real'ın hücumçusu Avropada ən yaxşı gənc futbolçu seçildi


Real'ın hücumçusu Avropada ən yaxşı gənc futbolçu seçildi

Avropada çıxış edən ən yaxşı gənc futbolçu müəyyənləşib.

Corner.az "Goal" nəşrinə istinadən xəbər verir ki, bu ada "Real Madrid"in hücumçusu Rodriqo Qoes layiq görülüb.

19 yaşlı futbolçu cari mövsüm "Madrid klubu"nun heyətində 21 oyuna çıxıb. Braziliyalı futbolçu bu matçlarda 9 qol və 2 məhsuldar ötürmə verib.

İkinci pillədə "Barselona"nın hücumçusu Ansu Fati, üçüncü pillədə isə "Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud qərarlaşıb

Ən yaxşı gənc futbolçuların "Top-10"luğu isə belədir:

1. Rodriqo Qoes (Braziliya, "Real Madrid")

2. Ansu Fati (İspaniya, "Barselona")

3. Meyson Qrinvud (İngiltərə, "Mançester Yunayted")

4. Reyner (Braziliya, "Real Madrid")

5. Eduardo Kamavinqa (Fransa, "Renn")

6. Qabriel Martinelli (Braziliya, "Arsenal")

7. Li Kan İn (Cənubi Koreya, "Valensiya")

8. Məhəmməd İhattaren (Niderland, PSV)

9. Takefuso Kubo (Yaponiya, "Real Madrid")

10. Rayan Qravenberx (Niderland, "Ayaks")







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"