14 avqust 2026. Cümə

Messi'nin təyyarəsi təcili eniş etdi


Messi'nin təyyarəsi təcili eniş etdi

"Barselona"nın hücumçusu Lionel Messinin şəxsi təyyarəsi  Brüssel aeroportunda məcburi eniş edib.

Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tenerifeyə yola düşməli olan təyyarədə texniki nasazlıq yaranıb. Bu səbəbdən təyyarə Brüsseldə məcburi eniş edib.  Argentinalı futbolçu və ailəsinin təyyarədə olub-olmaması barədə məlumat yoxdur. Brüssel aeroportunun məxfiliyi saxladığı və hadisənin təfərrüatları açıqlamadığı bildirilib.

Qeyd edək ki, Lionel Messi təyyarəni iki il əvvəl 13 milyon avroya alıb.(qol)







İspaniya L.L.