24 mart 2026. Çərşənbə axşamı

Barselona və Real'ın sabiq baş məşqçisi öldü


Barselona və Real'ın sabiq baş məşqçisi öldü
Əfsanəvi serbiyalı futbolçu və məşqçi Radomir Antiç vəfat edib.
 
Corner.az xəbər verir ki, o, 71 yaşında dünyasını dəyişib.
 
Bu barədə "Atletiko"nun mətbuat xidməti məlumat yayıb. Lakin onun ölüm səbəbi açıqlanmayıb.
 
Futbolçu karyerası ərzində “Partizan”da çıxış edən Antiç, Türkiyənin “Fənərbaxça”, İspaniyanın “Saraqosa”, İngiltərənin “Luton Taun” klublarının da şərəfini qoruyub.
 
Məşqçilik karyerasına da “Saraqosa”da başlayan serbiyalı mütəxəssis daha sonra “Real”, “Real Ovyedo”, “Atletiko”, “Barselona”, “Selta”,“Şandonq Lunenq”  kimi klublara baş məşqçilik edib. 2008-2010-cu illər aralığında Serbiya yığmasını çalışdıran Antiç son olaraq “Hebey Çina Fortune” klubuna rəhbərlik edib.






İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi