5 oktyabr 2026. Bazar ertəsi

Daha bir klub futbolçuların maaşını azaltdı


Daha bir klub futbolçuların maaşını azaltdı

 "Selta Viqo" klubu maaşların azaldılması ilə bağlı futbolçular və işçilərlə razılığa gəlib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu addım koronavirus pandemiyasının səbəb olduğu maliyyə böhranını yumşaltmaq məqsədilə atılıb.

Klubun açıqlamasında bildirilib ki, futbolçularla yanaşı, məşqçilərin, həkimlərin və rəhbərliyin də məvacibləri azaldılacaq. Məbləğlə bağlı isə məlumat verilməyib.

Qeyd edək ki, daha əvvəl "Barselona", "Atletiko" və "Real Madrid" klubları futbolçuların məvacibini azaldıb.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”