11 may 2026. Bazar ertəsi

Barselona'nın kassasından pul oğurlanıb


Barselona'nın kassasından pul oğurlanıb

"Barselona"dan bu gün istefa verərək ayrılan Emili Ruso klubdakı maliyyə maxinasiyalarından danışıb.

Corner.az-ın məlumatına görə, keçmiş vitse-prezident kassadan oğurluq edildiyini bildirib.

O, bu işdə klub rəhbərliyini günahlandırıb: "Düşünürəm ki, kimsə klubun kassasından oğurluq edib. "I3 Ventures" şirkətinə 100 min avroluq iş üçün 1 milyon avro ödəniş olub. Bunu rəhbərlikdən kimsə edib. Həmin şəxsin adını bilməsəm də, şübhələndiyim adam var".

"Barselona" klubu isə rəsmi sayt vasitəsilə sabiq əməkdaşının sözlərinə dərhal reaksiya verib və ittihamı rədd edib.

Qeyd edək ki, Emil Ruso ilə birlikdə "Barselona" klubunun İdarə Heyətinin 6 üzvü istefa verib.(report)







İspaniya L.L.

 “Vilyarreal”dan xal itkisi
  • İspaniya L.L.
  • 20:42 10.05.2026
“Vilyarreal”dan xal itkisi
 “Atletiko" evdə məğlub oldu
  • İspaniya L.L.
  • 22:36 09.05.2026
“Atletiko" evdə məğlub oldu