5 oktyabr 2026. Bazar ertəsi

Onu çox bəyənirəm, qayıtmasını istəyirəm - Setyen


Onu çox bəyənirəm, qayıtmasını istəyirəm - Setyen

"Barselona"nın baş məşqçisi Kike Setyen yarımmüdafiəçi Filipp Koutinyo haqda danışıb.

Corner.az "AS" nəşrinə istinadən xəbər verir ki, o, müqavilə ilə Kataloniya klubuna məxsus olan, hazırda "Bavariya"da icarə əsasında çıxış edən 27 yaşlı futbolçunun  komandaya qayıtmasını istədiyini deyib:

"Koutinyo əla oyunçudur. Onu çox bəyənirəm. O, müqavilə ilə "Barselona"ya məxsusdur. "Bavariya" Koutinyonu təzminat ödəyərək ala bilər. Amma o, komandaya qayıtmaq istəyir. Növbəti mövsümün əvvəlində onun burada olmasını səbirsizliklə gözləyirəm. Lazım olsa, onunla danışacağam".

Qeyd edək ki, braziliyalı oyunçu bu mövsüm Bundesliqada 22 maqtçda 8 qol vurub, 6 qolun ötürməsi ilə yadda qalıb.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”