11 may 2026. Bazar ertəsi

Benzema karyerasını bitirmək istədiyi klubun adını açıqladı


Benzema karyerasını bitirmək istədiyi klubun adını açıqladı

“Hər şeyə görə “Lion”a borcluyam”.

Corner.az xəbər verir ki, bu sözü “Real”ın futbolçusu Kərim Benzema deyib.

Fransalı hücumçu karyerasını vətənində bitirmək istədiyini söyləyib. 32 yaşlı futbolçu vaxtilə çıxış etdiyi “Lion”da oynamağa müsbət baxdığını bildirib: “Yenidən ora qayıtmaq üçün indi münasib zaman deyil. Mən dünyanın ən yaxşı klubu “Real”da bundan sonra da tarix yazmaq istəyirəm. Sonra necə olacağını heç kim bilmir. Yəqin ki, karyeramı “Lion”da bitirərəm. Niyə də olmasın ki?”

Qeyd edək ki, Benzema 2009-cu ildə “Lion”dan “Real”a transfer olunub.







İspaniya L.L.

 “Vilyarreal”dan xal itkisi
  • İspaniya L.L.
  • 20:42 10.05.2026
“Vilyarreal”dan xal itkisi
 “Atletiko" evdə məğlub oldu
  • İspaniya L.L.
  • 22:36 09.05.2026
“Atletiko" evdə məğlub oldu