23 oktyabr 2024. Çərşənbə

Bizdən birdə olmayacaq - İnyesta


Bizdən birdə olmayacaq - İnyesta

"Bizim generasiyadan bir də olmayacaq. Amma bu o demək deyil ki, klubun sonrakı gedişatı pis olacaq. Bəli, eyni olmayacaq, amma pis olmalı deyil”.

Corner.az xəbər verir ki, bu sözləri “Barselona”nın sabiq üzvü Andres İnyesta “The Guardian”a açıqlamasında deyib.

Hazırda Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən 36 yaşlı yarımmüdafiəçi zaman-zaman aparıcı üzvlərinin komandadan ayrılmasına baxmayaraq, indi də “Barselona”nın güclü heyətə sahib olduğunu qeyd edib: “Puyinin (Puyol), Viktorun (Valdes) gedişini görmüşəm. Sonra Xavi də getdi. Ancaq hələ də əla komandaya və top-oyunçulara sahibdirlər. "Barselona" diqqətini gündəlik işlərə yönəltməlidir.

Həyatımızın böyük hissəsi "Barselona"da keçib. Erkən yaşlardan klubda böyümüşük, əsas komandaya düşmüşük və 10, 12, 15 il orada qalaraq kapitan olmuşuq. Biz hamımız "Barselona"da bir insan kimi formalaşmışıq”.

Xatırladaq ki, Kataloniya klubunun yetirməsi olan İnyesta 2002-ci ildə əsas komandada debüt edib və 16 "Barselona"da oynadıqdan sonra, 2018-ci ildə “Vissel Kobe”yə keçib.(qol)







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı