14 avqust 2026. Cümə

Zidanın oğlu Real'ı tərk edəcək


Zidanın oğlu Real'ı tərk edəcək

"Real Madrid"in baş məşqçisi Zinəddin Zidanın oğlu Luka Zidan klubla müqaviləsini uzatmayacaq.

Corner.az-ın "Marca"ya istinadən məlumatına görə, "Rasinq"də icarədə olan 21 yaşlı qapıçı yayda "Kral klubu"ndan ayrılacaq. Onun hazırkı müqaviləsinin müddəti iyunun 30-na qədərdir.

Qeyd olunub ki, Luka Zidan "Real Madrid"in yetirməsidir. Cari mövsümdə o, "Rasinq"in heyətində Sequndada 29 oyunda 36 top buraxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb. 







İspaniya L.L.