23 oktyabr 2024. Çərşənbə

Ter Ştegenə koronavirus əngəli


Ter Ştegenə koronavirus əngəli
 “Barselona” klubu qapıçısı Mark-Andre Ter Ştegenlə yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.
 
Corner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, danışıqların təxirə salınması koronavirus pandemiyasının iqtisadi təsiri ilə əlaqədardır. Kataloniya təmsilçisinin pandemiyanın futbolçuların gələcək məvaciblərinə təsir etməyəcəyinə əmin olduqdan sonra 28 yaşlı qolkiperlə danışıqları bərpa etmək fikrindədir.
 
Almaniyalı oyunçu ilə klub arasında maliyyə məsələlərində anlaşılmazlıq yaşanmasına baxmayaraq, hər iki tərəfin müqavilənin uzadılmasını istədiyi bildirilir.
 
Qeyd edək ki, Ştegen 2014-cü ildən “Barselona”nın şərəfini qoruyur.






İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı