- İspaniya L.L.
- 21:39 05.12.2025
"Real"ın qapıçısı Tibo Kurtua La Liqada bu mövsümün vaxtından əvvəl yekun vurulması variantı haqda danışıb.
Corner.az "Marca"ya istinadən xəbər verir ki, 28 yaşlı qolkiper deyib ki, mövsüm vaxtından əvvəl başa çatsa, o zaman lider "Barselona" çempionluq hüququna layiq deyil:
"Barselona"dan cəmi iki xal geri qalırıq və çempion ola bilərik. Buna görə mövsümün nəticələri ləğv olunsa, şanslı olmayacağıq."Barselona" çempion kimi elan olunması ədalətsizlik olar. Biz onlarla heç-heçə etdik və ikinci oyunda qalib gəldik. Bununla da sübut etdik ki, onlardan daha yaxşıyıq. "Barselona"dan cəmi iki xal geridəyik, buna görə belə bir qərarla razı olmazdım".(qol)