14 avqust 2026. Cümə

La Liqada 5 futbolçuda koronavirus aşkarlandı


La Liqada 5 futbolçuda koronavirus aşkarlandı

İspaniya La Liqasında və Sequndasında komandaların futbolçuları, məşqçiləri və əməkdaşlarından götürülən koronavirus testlərinin nəticələri açıqlanıb.

Corner.az-ın "RAC1"ə istinadən məlumatına görə, analizlərdən sonra ümumilikdə 5 oyunçuda infeksiya aşkarlanıb.

Futbolçuların adları açıqlanmasa da, onların üçünün La Liqa, digər ikisinin isə II liqada çıxış etdikləri bildirilib.

Virusa yoluxan oyunçuların 14 günlük karantinə alındıqları qeyd olunub.(report)







İspaniya L.L.