14 avqust 2026. Cümə

Atletiko'nun futbolçusunda koronavirus aşkarlandı


Atletiko'nun futbolçusunda koronavirus aşkarlandı

"Atletiko"nun futbolçusu Renan Lodi koronavirusa yoluxub. 

Corner.az "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin testi müsbət nəticələnib. Braziliyalı futbolçu hazırda evində karantindədir. 

Qeyd edək ki, daha öncə İspaniya La Liqasında və Sequndasında 5 oyunçunun koronavirusa yoluxduğu bəlli olub







İspaniya L.L.