5 oktyabr 2026. Bazar ertəsi

Qvardiolanı Barselona'ya gətirməyə çalışacaq


Qvardiolanı Barselona'ya gətirməyə çalışacaq

"Barselona"nı sabiq prezidenti Xuan Laporta növbəti il Kataloniya klubundakı seçkilərdə namizəd olacağını açıqlayıb.

Corner.az xəbər verir ki, bu barədə o, "TV3"ə açıqlamasında deyib. Laporta "Barselona"nın çətin bir dönəmdə olduğunu və bu vəziyyətdən çox çalışaraq çıxa biləcəyini söyləyib.

57 yaşlı sabiq prezident seçkilərdə qalib gələcəyi təqdirdə, Pep Qvardiolanı yenidən "Barselona"ya gətirməyi düşündüyünü deyib: "Amma o, hazırda "Mançester Siti"ni çalışdırır və qərarını özü verməlidir. Kataloniyalılar onu yenidən komandanın baş məşqçi vəzifəsində görmək istəyərlər".

Qeyd edək ki, Laporta 2003-2010-cu illərdə "Barselona"nın prezidenti olub.(qol)







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”