5 oktyabr 2026. Bazar ertəsi

Barselona - Real matçında terror aktı planlaşdıran şəxs həbs olundu


Barselona - Real matçında terror aktı planlaşdıran şəxs həbs olundu
Ötən ilin dekabrında İspaniya La Liqası çərçivəsində keçirilən “Barselona” - “Real” oyunu zamanı insanlara silahlı hücum planlaşdıran şəxs həbs olunub.
 
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mərakeş əsilli terrorçu mayın 8-də saxlanılıb.
 
O, öz ifadəsində bildirib ki, terror aktını dron vasitəsilə törətmək istəyib. Amma pilotsuz təyyarəni tapmaq mümkün olmayıb. 
 
Müstəntiqlərin sözlərinə görə, həmin şəxs son 4 ildə terror təşkilatlarından biri ilə sıx əlaqədə olub. Son vaxtlar isə diqqət cəlb etməmək üçün daha az fəaliyyət göstərib.
 
Qeyd edək ki, dekabrın 18-də "Nou Kamp"da baş tutan el-klasiko qolsuz başa çatıb.(matc)







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”