"Yoluxma riski hər yerdə var. Artıq evi tərk edən kimi onunla qarşılaşırsan. Bu səbəbdən, koronavirus barədə çox düşünmək lazım deyil. Özünü heç yerə getməməyə məcbur etmək mümkün deyil".
Corner.az-ın məlumatına görə, bu fikirləri "Barselona"nın futbolçusu Lionel Messi "Sport.es" nəşrinə açıqlamasında deyib.
33 yaşlı hücumçu qaydalara əməl etməyin və maksimum ehtiyat tədbirlər görməyin gərəkliyini anladıqlarını bildirib. Argentinalı forvard yarışların bərpa olunmasını gözlədiyini söyləyib: "Şəxsən mən yarışların bərpasını səbirsizliklə gözləyirəm. Hər şeyin qəribə alınacağını bilirik. Çünki tribunlarda azarkeşlər olmayacaq. Bizi ailələlərimizdən ayırmalarını istəmirik. Ancaq bunun necə görünəcəyinə baxmaq lazımdır".
Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb.