- İspaniya L.L.
- 22:56 22.11.2024
İspaniyanın "Xetafe" və "Vilyarreal" klubları danışılmış oyunda şübhəli bilinirlər.
Corner.az-ın "El Pais"ə istinadən verdiyi məlumata görə, iki klub arasındakı qarşılaşma ötən mövsümün son turunda keçirilib və heç-heçə ilə yekunlaşıb - 2:2. Nəticədə Çempionlar Liqasına "Xetafe" yox, "Valensiya" yollanıb.
Jurnalistlər sabiq futbolçular Karlos Aranda və Pako Estebanın söhbətinin səs yazısını üzə çıxarıblar. Orada "Xetafe"nin hücumçusu Xorxe Molinanın adı hallanır. Aranda Estebana təklif edir ki, matçın dəqiq nəticəsinin müzakirəsi üçün Molina ilə əlaqə saxlasın. Hər iki komandanın oyunçularına ümumilikdə 1,8 - 2 milyon avro ödənildiyi güman olunur.
Lakin klublar mətbuat xidmətləri danışılmış oyunda iştirak ittihamını təkzib ediblər. "Xetafe" Molinaya tam dəstək verib, "Vilyarreal" isə öz nüfuzunun müdafiəsi məqsədilə məhkəmə iddiası qaldırmağın mümkünlüyünü öyrənəcək.(report)