24 noyabr 2024. Bazar günü

Messi koronavirusdan danışdı


Messi koronavirusdan danışdı

Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi koronavirusun insanların həyatına təsirindən danışıb.

Corner.az-ın məlumatına görə, 33 yaşlı hücumçu pandemiyanın hamı üçün gözlənilməz olduğunu söyləyib.

Argentinalı futbolçu bildirib ki, bu cür qeyri-müəyyənlikdə və qeyri-adi vəziyyətdə yaşamaq, işləmək asan deyil: "Pandemiyanın olacağını və müəyyən zamanlarda baş verə biləcəyini söyləyən insanlar var idi. Amma hər şeyin belə alınacağını ağlıma da gətirməzdim. Koronavirusun, demək olar ki, bütün dünyaya bu qədər böyük təsir göstərəcəyini düşünməzdim. Hamımız işə, məşqə və yarışlara qayıdacağımız vaxtı bilmək istəyirik. İstənilən futbolçu üçün konsentrasiyanı saxlamaq vacibdir".

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.







İspaniya L.L.

Yamal komanda ilə məşq etmədi
  • İspaniya L.L.
  • 16:16 21.11.2024
Yamal komanda ilə məşq etmədi
Endrik "Real Madrid"i tərk etməyəcək
  • İspaniya L.L.
  • 15:28 21.11.2024
Endrik "Real Madrid"i tərk etməyəcək