23 oktyabr 2024. Çərşənbə

Millimizin üzvü ilk matçı buraxacaq


Millimizin üzvü ilk matçı buraxacaq

İspaniya Sequndası millimizin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete"nin matçı ilə bərpa olunacaq. 

Corner.az" "Mundodeportivo"ya istinadən xəbər verir ki, sözügedən komanda 20-ci turdan təxirə salınmış "Rayo Valyekano" ilə səfərdə qarşılaşacaq. 

Qarşılaşma 15 dekabr 2019-cu ildə təxirə salınıb. Həmin vaxt matçın ilk yarısı 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. 

Fasilədən sonra isə "Albasete" meydana çıxmaqdan imtina edib. Səbəb kimi İsrafilovun komanda yoldaşı Roman Zozulyanı yerli fanatların təhqir etmələri göstərilib. Onlar Zozulyanı Ukrayna ordusuna dəstək verdiyi üçün nasist adlandırıblar. İyunun 11-də və ya 12-də matçın ikinci yarısı oynanılacaq. 

Görüşün 45-ci dəqiqəsində İsrafilov qırmızı vərəqə alaraq meydandan qovulub, bu səbəbdən "Albasete" meydana 10 nəfərlə çıxacaq. 

Qeyd edək ki, "Albasete" 30 oyundan sonra 35 xalla 18-ci, "Rayo Valyekano" isə 40 xalla 11-ci pillədə qərarlaşıb. 







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı