5 dekabr 2025. Cümə

Barselona'dan ayrılmağım mümkün deyil


Barselona'dan ayrılmağım mümkün deyil

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen Kataloniya klubu ilə ilkin razılıq əldə etdiyini bildirib.

Corner.az xəbər verir ki,  28 yaşlı qolkiper "AS" nəşrinə açıqlamasında yeni müqavilə ilə bağlı danışıqların koronavirus pandemiyasına görə uzandığını deyib:

"Bu yay “Barselona”dan ayrılmağım mümkün deyil. Artıq agentimlə klub arasında yeni müqavilə ilə bağlı ilk görüşlər olub. Koronavirusa görə müzakirələrə vaxt yox idi. İnsanların canları uğrunda mübarizə etdiyi bir zamanda yeni müqavilənin detallarını müzakirə etməməyə qərar verdik. Ancaq mən də ailəm kimi Barselonada özümü rahat hiss edirəm".(qol)







İspaniya L.L.