10 may 2026. Bazar günü

Ən yaxşı 3 afrikalı futbolçudan biri Azərbaycanda oynayır


Ən yaxşı 3 afrikalı futbolçudan biri Azərbaycanda oynayır

İspaniya La Liqasında çıxış etmiş ən yaxşı afrikalı futbolçular müəyyənləşib. 

Corner.az "Goal" nəşrinə istinadən xəbər verir ki, siyahıda "Səbail"in futbolçusu Maykl Essyen də yer alıb. 

Karyerası ərzində "Real Madrid"in də şərəfini qorumuş 38 yaşlı qanalı yarımmüdafiəçi La Liqa tarixində ən yaxşı üçüncü afrikalı futbolçu hesab olunub. "Barselona"nın kamerunlu sabiq hücumçusu Samuel Etoo ilk, Kataloniya təmsilçisinin keçmiş yarımmüdafiəçisi Yaya Ture ikinci yerdə qərarlaşıb. 

"10-luq"da "Valensiya"nın sabiq futbolçusu Rabah Macer, "Real Madrid"dən Jeremi Njitap, "Barselona"dan Seydu Keyta, "Sportinq Xixon"dan Raşidi Yekini, "Espanyol"dan Tomas N Kono, “Deportivo La Korunya”dan Nureddin Naybet və "Selta"dan Benni Makkarti də yer alıb. 

Qeyd edək ki, 2019-cu ilin martından "Səbail"də çıxış edən Maykl Essyen karyerası ərzində "Çelsi" (İngiltərə) və "Milan" (İtaliya) kimi Avropa nəhənglərinin də formasını geyinib.(report)







İspaniya L.L.

 “Atletiko" evdə məğlub oldu
  • İspaniya L.L.
  • 22:36 09.05.2026
“Atletiko" evdə məğlub oldu
“Sevilya”dan çətin qələbə
  • İspaniya L.L.
  • 22:09 09.05.2026
“Sevilya”dan çətin qələbə
“Bu, “Real”a yaraşmır”
  • İspaniya L.L.
  • 21:28 08.05.2026
“Bu, “Real”a yaraşmır”