- İspaniya L.L.
- 21:39 05.12.2025
"Atletiko”nun qapıçısı Yan Oblak La Liqanın tarixinə düşüb.
Corner.az xəbər verir ki, 27 yaşlı qolkiper La Liqanın son turunda “Osasuna”nı darmadağın etdikləri oyunda (5:0) qapısını toxunulmaz saxlayaraq uğurlu nəticəyə imza atıb.
Sloveniyalı oyunçu 100 “quru oyun” seriyasına ən tez çatan qapıçı olub. Oblak buna 182 oyunda nail olub.
Qeyd edək ki, Slovaniya millisinin üzvü 2014-cü ildən Madrid klubunda çıxış edir.