29 iyun 2026. Bazar ertəsi

Benzema tarixə düşdü


Benzema tarixə düşdü

 "Real Madrid"in futbolçusu Kərim Benzema klubun tarixinə düşüb. 

Corner.az  "Opta"ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu komandanın tarixində ən çox qol vuran beşinci oyunçu olub. Fransalı futbolçu buna La Liqanın 29-cu turunda "Valensiya"nı 3:0 hesabı ilə məğlub etdikləri matçda yiyələnib. Benzema 61 və 86-cı dəqiqələrdə fərqlənməklə dubl edib. 

Hücumçu 243-cü qolunu vurub və Madrid təmsilçisində 242 qola imza atan əfsanəvi futbolçu Ferents Puşkaşı geridə qoyub.

"Real Madrid" tarixində ən çox qolu hazırda İtaliya "Yuventus"unda çıxış edən Kriştiano Ronaldo vurub - 450. Sabiq futbolçular Raul Qonsales (323) ikinci, Alfredo Di Stefano (308) üçüncü, Santillana (289) isə 4-cü yerdə qərarlaşıb. 

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edir. 







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"