5 oktyabr 2026. Bazar ertəsi

Real'la oyuna çıxdı, tarixə düşdü


Real'la oyuna çıxdı, tarixə düşdü

"Malyorka"nın futbolçusu Luka Romero La Liqanın tarixinə düşüb.

Corner.az xəbər verir ki, o, İspaniya çempionatının 31-ci turunda "Real"la görüşdə (0:2) meydana çıxaraq bunu bacarıb. Belə ki, argentinalı yarımmüdafiəçi 83-cü dəqiqədə 15 yaş 219 günündə meydana daxil olaraq La Liqada debüt edib. Bununla da, Romero İspaniya çempionatı tarixinin ən gənc oyunçusu olub.

Qeyd edək ki, bundan əvvəlki rekord 1939-cü ilin dekabrında 15 yaş 255 günündə debüt edən "Selta"nın keçmiş oyunçusu Sansona məxsus idi.(qol)







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”