- İspaniya L.L.
- 22:56 22.11.2024
"Komandamdan məmnunam. Bəli, bu gün qələbə qazana bilmədik, amma oyunu yaxşı nəzarətdə saxladıq".
Corner.az-ın məlumatına görə, bu fikirləri İspaniyanın "Barselona" komandasının baş məşqçisi Kike Styen La Liqanın 33-cü turunda "Atletiko" ilə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra deyib.
61 yaşlı mütəxəssis "Atletiko"ya qarşı oynamağın həmişə çətin olduğunu bildirib. Setyen rəqibi intizamlı komanda adlandırıb: "Futbolçularımın işindən məmnunam. Özümü təhlükə altında hiss etmirəm. Əlbəttə, bu, rüsvayçılıqdır, getdikcə çempionluqdan uzaqlaşırıq. Amma çalışmağa davam etməliyik".
Qeyd edək ki, "Barselona" 33 oyundan 70 xalla ikinci pillədə qərarlaşıb