İspaniya La Liqasında 37-ci turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Açılış matçında “Eybar” öz meydanında “Valyadolid”i qəbul edib. Dörd qolun qeydə alındığı bu matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
“Barselona” bu tur öz meydanında “Osasuna” isə üz-üzə gəlib və məğlub olub. Madridin “Atletiko” klubu isə “Xetafe” səfərində inamlı qələbə qazanıb.
Turun mərkəzi görüşü Madriddə baş tutub. Lider “Real” öz meydanında “Vilyarreal”ı qəbul edib. “Kral klubu” bu görüşdə qalib gəlməklə sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu, Madrid təmsilçisinin tarixində 34-cü belə uğurdu.
İspaniya La Liqası
37-ci tur
16 iyul
Eybar – Valyadolid 3:1
Qol: Biqas, 21. İnui, 28. De Blasis, 90+2-pen – Qvardiola, 71.
Atletik – Leqanes 0:2
Qol: Gerrero, 79. Assale, 90+4.
Barselona – Osasuna 1:2
Qol: Messi, 62 – A.Xose, 15. R.Torres, 90+4.
Betis – Alaves 1:2
Qol: Loren, 90+4 – Xoselu, 53. Eli, 77.
Selta – Levante 2:3
Qol: Mina, 36. Aspas, 45+1 – Bardi, 11; 28. Mayoral, 52.
Xetafe – Atletiko 0:2
Qol: Lyorente, 54. Tomas, 80.
Malyorka – Qranada 1:2
Qol: Kuço, 20 – Dias, 45+1. Fernandes, 69.
Real – Vilyarreal 2:1
Qol: Benzema, 29; 77-pen – İborra, 83.
Real Sosyedad – Sevilya 0:0
Valensiya – Espanyol 1:0
Qol: Qameyro, 17.