- İspaniya L.L.
- 22:56 22.11.2024
“Real Madrid”ın baş məşqçisi Zinəddin Zidan komandasının La Liqanın 37-ci turunun "Vilyarreal"la matçında qalib gələrək 2019/2020 mövsümü üzrə çempion olmasını şərh edib.
Bu barədə Corner.az "Marca”ya istinadən xəbər verir.
"Bu, çox güclü hissdir, çünki oyunçuların etdikləri təsiredicidir. Mənim öz emosiyalarımı təsvir etmək üçün deməyə sözüm yoxdur. Müvəffəqiyyətin rəhni – bu oyunçulardır, hansılar ki, meydanda vuruşurlar. Həqiqətdir ki, bunda mənim də rolum var, amma onların da (rolu var-red) – kim ki, mənim ideyalarıma inanırlar. Bu, təsirli komandadır və nə vaxt ki, mən onların belə xoşbəxt görürəm, çox şadam. Hətta kim ki, daha az oynayırdı, bu işə öz töhfəsini verdi.
Biz ən yaxşı idik, çünki biz ən çox xal toplayanlarıq. Vəssalam.
Bu, mənim üçün məşqçi kimi ən yaxşı günlərdən biridir. Titulun bayram edilməsi – bu hamı üçün qəribə andır, biz azarkeşlərimizlə olmaq istərdik, amma hətta evdə olaraq, onlar yəqin xoşbəxtdir.
Çempionlar Liqası çempionların liqasıdır, amma mən bu titula daha çox şadam", - Zidan deyib.
Qeyd edək ki, "Real" tarixində 34-cü dəfə İspaniya çempionu adını qazanıb. Komanda son dəfə 2016/2017 mövsümünün qalibi olmuşdu.