- İspaniya L.L.
- 22:36 26.11.2024
"Real”ın futbolçusu Eden Hazard 2019/20 mövsümünü özü üçün uğursuz sayır.
Corner.az-ın xəbərinə görə, “Real”la İspaniya çempionu ola belçikalı futbolçu “Mundo Deportivo”ya müsahibəsində deyib:
“Mənim zədələnmələrim çox oldu. Amma ümid edirəm ki, bunlar artıq geridə qalıb. Növbəti mövsüm hər şeyin düzələcəyinə inanıram. Əslində bu mövsümün əvvəli “Real” kimi komandaya keçdim və La Liqada qalib oldum. Bundan artığını arzulaya bilməzdim.
Amma fərdi mənada bu, mənim karyeramda ən pis mövsüm oldu. Ümid edirəm, növbəti titulum Çempion Liqası olar”.
Qeyd edək ki, 2019/20 mövsümündə Hazard bütün turnirlərdə 21 oyun keçirib, 1 qol vurub və 7 qolun ötürməsini edib.(qol)