26 aprel 2026. Bazar günü

Barselona'dan qələbə, Real'dan heç-heçə


Barselona'dan qələbə, Real'dan heç-heçə
İspaniya La Liqasında 2019/20 mövsümünün sonuncu – 38-ci turunun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, son turun bütün görüşləri eyni gündə baş tutub.
 
 “Barselona” açılış matçında səfərdə “Alaves”in qonağı olub və 5 cavabsız qolla qalib gəlib. Çempion “Real” isə səfərdə “Leqanes”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.“Leqanes” bu xal itkisinə görə elitayla vidalaşan sonuncu komanda olub.

Daha öncə “Espanyol”la “Malyorka” da elita ilə vidalaşmışdı.
 
İlk dörd pillədə qərarlaşan “Real”, “Barselona”, “Atletiko” və “Sevilya” UEFA Çempionlar Liqasına vəsiqə qazanıbsa, “Vilyarreal”, “Real Sosyedad” və “Qranada” Avropa Liqasında iştirak etmə hüququ əldə edib.
 
İspaniya La Liqası
38-ci tur
19 iyul
 
Alaves – Barselona 0:5
Qol: Fati, 24. Messi, 34; 75. L.Suares, 44. Semedo, 57.
 
Valyadolid – Betis 2:0
Qol: Qvardiola, 45+1. Plano, 63.
 
Vilyarreal – Eybar 4:0
Qol: Zambo, 71. Moreno, 86; 89. M.Qomes, 90+4.
 
Atletiko – Real Sosyedad 1:1
Qol: Koke, 30 – Yanuzay, 87.
 
Espanyol – Selta 0:0
 
Qranada – Atletik 4:0
Qol: Soldado, 29. Puertas, 56. C.Fernandes, 67. Montoro, 90+3.
 
Leqanes – Real 2:2
Qol: Gil, 45+1. Assale, 79 – S.Ramos, 9. Asensio, 52.
 
Levante – Xetafe 1:0
Qol: Koke, 90+9.
 
Osasuna – Malyorka 2:2
Qol: Adrian, 21. İ.Peres, 68 – Aqbenyenu, 45+1. Budimir, 65.
 
Sevilya – Valensiya 1:0
Qol: Regilon, 55.






İspaniya L.L.

 “Valensiya”dan çətin qələbə
  • İspaniya L.L.
  • 23:09 25.04.2026
“Valensiya”dan çətin qələbə
“Real” 30 milyonluq təklifi rədd etdi
  • İspaniya L.L.
  • 18:40 25.04.2026
“Real” 30 milyonluq təklifi rədd etdi
 “Sevilya” səfərdə uduzdu
  • İspaniya L.L.
  • 23:15 23.04.2026
“Sevilya” səfərdə uduzdu
“Real”da ciddi itki
  • İspaniya L.L.
  • 22:06 23.04.2026
“Real”da ciddi itki