18 avqust 2026. Çərşənbə axşamı

İsrafilov mövsümün son matçında oynamadı


İsrafilov mövsümün son matçında oynamadı
İspaniya 2-ci liqasında 2019/20 mövsümünə yekun vurulub.
 
Corner.az xəbər verir ki,  millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də bu mövsümün son matçına çıxıb.
 
Sözügedən komanda 42-ci tur çərçivəsində səfərdə “Kadis”in qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
Qeyd edək ki, “Albasete” bu qələbə sayəsində xal ehtiyatını 52-yə çatdırıb və 22 iştirakçı arasında 17-ci yeri tutmaqla aşağı liqaya düşməkdən qurtulub.
 






İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib