23 oktyabr 2024. Çərşənbə

Ronaldo'suz qalib gələcəyimizə əmin idik


Ronaldo'suz qalib gələcəyimizə əmin idik

"Real"ın futbolçusu Luka Modriç Madrid klubunun mövsümün bərpasından sonra çıxışı haqda danışıb.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, komandanın uğurlu nəticələrinə təəccüblənmədiyini deyib:

"Real"ın fasilədən sonrakı nəticələri? Düzünü desəm, bu, məni təəccübləndirmir. Biz karantində olsaq da, hamımız məşq edirdik. Komanda yoldaşlarımla danışırdım və hamısının əlavə bir motivasiya ilə işlədiyini görürdüm.

- Bizim üçün gözlənilməz və tamamilə yeni bir vəziyyət oldu. Futbol oynamaq istəyirdik. Nəhayət birlikdə məşqə qayıtdıqda, oyunçular arasında daha da güclü bir əlaqə olduğunu hiss etdik".

Modriç hazırkı "Real"ı Kriştiano Ronaldonun oynadığı dövrlə də müqayisə edib: "Kriştianonun "Real" üçün nə qədər vacib oyunçu olduğunu söyləməyə ehtiyac yoxdur, amma deməliyəm ki, onun olmaması ambisiyalarımıza təsir etməyib. Onsuz qalib gəlməyə davam edəcəyimizə əmin idik".(qol)







İspaniya L.L.

Ançelotti Karvaxala əvəzləyici tapıb
  • İspaniya L.L.
  • 14:54 21.10.2024
Ançelotti Karvaxala əvəzləyici tapıb
"Barselona" "Sevilya"nı darmadağın etdi
  • İspaniya L.L.
  • 01:20 21.10.2024
"Barselona" "Sevilya"nı darmadağın etdi
Modriç "Real Madrid"də rekorda imza atdı
  • İspaniya L.L.
  • 00:45 20.10.2024
Modriç "Real Madrid"də rekorda imza atdı