18 avqust 2026. Çərşənbə axşamı

Neqredo yenidən La Liqada


Neqredo yenidən La Liqada

İspaniya millisinin sabiq futbolçusu Alvaro Neqredo karyerasını ölkəsində davam etdirəcək.

Corner.az xəbər verir ki, 34 yaşlı hücumçu La Liqaya vəsiqə qazanan "Kadis"lə razılığa gəlib. Klubun rəsmi saytı ispaniyalı futbolçu ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, karyerası ərzində "Rayo Valyekano", "Almeriya", "Real", "Sevilya", "Mançester Siti", "Valensiya", "Midlsbro", "Beşiktaş"da çıxış edən Neqredo son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Nasr" klubunda oynayıb.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib